Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir başa çatıb

Allsport.az xəbər verir ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş kamandan oxatma üzrə beynəlxalq turnirə yekun vurulub.

Şağan olimpiya kompleksində keçirilən turnirin mix komanda yarışında Azərbaycan birinci olub. 2-ci və 3-cü yerlərə Gürcüstan və Qazaxıstan komandaları layiq görülüblər.

Şəxsi yarışlarda Fatimə Hüseynli (Azərbaycan) 1-ci, Tsiko Putkaradze (Gürcüstan) 2-ci, Aleksandra Voropeva (Qazaxıstan) 3-cü pillədə qərarlaşıblar. Məhəmmədəli Əliyev (Azərbaycan) yarışı 1-ci pillədə başa vurub. Jaba Moseşvili (Gürcüstan) və İvan Sinitsin (Qazaxıstan) ilk “3-lüy”ü tamamlayıblar.

Kişilərin komanda yarışında Gürcüstan, Qazaxıstan və Azərbaycan fərqləniblər. Qadınların komanda yarışında isə Azərbaycan 1-ci olub. Gürcüstan və Qazaxıstan 2-ci və 3-cü yeri tutublar.

Həmin kateqoriyadan