Hicran Şərifov Türkiyədə olimpiya dərəcəli güləş hakimlərinin seminarına qatılıb

Türkiyənin Antalya şəhərində Rio-2016-da idarə edəcək güləş hakimlərinin seminarı keçirilib. Allsport.az saytının məlumatına görə, həmin toplantıda ölkəmizi I-S dərəcəli referi Hicran Şərifov təmsil edib.

Qeyd edək ki, Pekin və London oyunlarında ədaləti təmsil edən mütəxəssis Rio olimpiadasında da qatılmaqla, «dördillik»də ən çox iştirak edən Azərbaycan hakimi kimi tarixə düşəcək. Buna qədər bizi uzaq keçmişdə 2 dəfə Məkan Zaalov və Oqtay Hüseynov təmsil ediblər.

Əlavə edək ki, Hicran Şərifov London-2012-də yüksək idarəçiliyinə görə Beynəlxalq Güləş Federasiyası tərəfindən «Qızıl fit»lə təltif olunub.

Güləş məşqçiliyində də sözünü deyən mütəxəssis  bu sahədə xidmətlərinə müqabilində «Tərəqqi» və «Şöhrət» ordenlərinə, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” adına layiq görülüb. Ötən il 50 ililk yubileyini qeyd edən “Cəngi” Güləş Klubunun sədrinin “Zəhmətlə zəfərə doğru” kitabının təqdimatı keçirilib.

Həmin kateqoriyadan