- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində güləşçilərin Avropa çempionatı keçirilir. Yarışda Azərbaycan yalnız milli komandalarla və rəhbərliklə təmsil olunmur. Görüşləri idarə edən hakimlər dəstəsində İ-S dərəcəli referilər Hicran Şərifovla İntiqam Alıyev də yer alıblar. Güləş federasiyasının mətbuat katibi Mayis Musayev daim hakimlərə ayrı seçkiliyi (bir neçə dəfə bu barədə yazmışıq), eləcə də mənfəəti üzündən bu şərəfli hadisədən awf-az.org -da bir kəlmə də yazmayıb. AGF-də sahələrə nəzarət olmadığından, ona «gözün üstə qaşın var» deyən tapılmadığından, federasiyanın əməkdaşlara aylarla maaş verə bilməməsindən istifadə edib özbaşınalığını edir.
Təmənnasız daim güləşçilərin, məşqçilərin və ədalət təmsilçilərinin təbliğatını aparan, onların uğuruna öz səhifəsində böyük yer verən allsport.az saytı bu məsələ də dürüstluyünü qoruyub. Dünya şöhrətli Hicran Şərifov 3 olimpiya oyunlarında (Pekin, London, Rio) referilik edən yeganə azərbaycanlıdır. Böyük Britaniya pataxtında “Dünyanın ən yaxşı güləş hakimi” elan olunub və “Qızıl fit” mükafatına layiq görülüb.
O, Əməkdar məşqçi, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”dir, “Tərəqqi”, “Şöhrət” və “Olimpiya” ordenləri alıb, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltiflənib, DİN tərəfindən “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar və “Əla xidmətlərə görə” döş nişanı alıb. Elmi iş sahəsində pedaqoqika üzrə fəlsəfə doktorudur.
Rio-2016-da 2 hadisə onu cahanda daha məşhurlaşdırıb. Qadınların 53 kq-da 3-cü yer uğrunda mübarizəsində isveçli Sofiya Mattsson çinli Çjun Syueçun üzərində qələbədə hissini cilovlamaya bilməyərək, xalça hakimi olan həmyerlimizi qucaqlayıb öpmüşdü.
65 kq-da Mandaxnaran Qanzoriqiyn (Monqolustan) – İxtiyar Novruzov (Özbəkistan) arasında bürünc medal uğrunda görüşdə Hicran Şərifov yenə xalça referisi olub. Gərgin keçən görüşdə adı ilk çəkilən idmançı 7:6 irəlidə idi. Qarşılaşmanın bitməsinə bir neçə saniyə qalmış, monqol pəhləvan rəqabəti davam etdirmək əvəzinə, mübarizdən yayınıb. O, iki əlini qaldıraraq, qələbə döşəkdə bayram edib.
Bunu görən həmyelimiz özbək güləşçinin xeyrinə daha 1 xal verib. Belədə, hesab bərabərləşib. Amma türk idmançı xalı sonuncu aldığından, qələbə ona verilib. Monqol tərəfi o qədər sevincək olub ki, həlledici anı görməyiblər və məşqçilər öz güləşçilərini qucaqlayaraq təbrik ediblər. Məsələ onlara agah olanda, ara qarışıb. Məğlub tərəfin çalışdırıcıları etiraz maskotu atıblar. Ancaq görüşün hakimi bunu qəbul etməyib. Buna etiraz olaraq, hər 2 monqolustanlı mütəxəssis xalçada hamının gözü qarşısında üst idman geyimlərini çıxarıb, yarıçılpaq olublar. Xeyli gərginlikdən sonra protestə baxılıb və özbəkistanlı pəhləvana daha 1 xal verilib. Mandaxnaran Ganzorig yekunda rəqibini təbrik etsə də, döşəyin mərkəzinə gəlməkdən boyun qaçırıb. Onun qətiyyətli qərarı sonradan bir daha Dünya Güləş Birliyi tərəfindən təqdir edilib.
İntiqam Alıyev istedadlı hakimlərimizdəndir. O, olimpiya dərəcəsinə ilin əvvəlində yüksəlib. Bu, onun karyerasında ilk hadisədir. Həmyerlimiz qətiyyətli və düzgün qərarları ilə daim UWW-nin diqqətini çəkib. Uzun müddət ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim kimi şərəflə təmsil edib. İntiqam Alıyevin İ-S kateqoriyası təsdiqini tapanda, AGF hakimlər kollegiyasında onu gözü götürməyən də tapılıb. Durumu həzm etməyən referi federasiyada qalmaqal da yaradıb. İş onda deyil kim indi Kaspiyskdədir, fakt odur ki, İntiqam Alıyev təcrübəli həmkarı ilə ölkəsini birbaşa qitə çempionatının özündə layiqincə təmsil edir.