I tur başa çatdı

Fevralın 22-də cüdo üzrə U-14 yeniyetmələr arasında liqa yarışının I turu başa çatıb.

Allsport.az xəbər verir ki, Abşeron olimpiya idman kompleksində keçirilən turnirin son günündə qızlar 40 kq, 48 kq, 57 kq; oğlanlar isə 42 kq, 50 kq, 60 kq, 73 kq və +73 kq çəki dərəcələrində gücünü yoxlayıblar.

Yarışda 94 klub və idman cəmiyyətindən olan 541 cüdoçu (452 oğlan, 89 qız) mübarizə aparıb.

Cari ildə U-14 liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.

Mükafatçıları təqdim edirik:

Qızlar

40 kq

1. Nərgiz Fərzəliyeva (RKİM)

2. Mehparə Həsrətzadə (Günəşli İK)

3. Aygül Nadirli (Balakən OİK)

3. Yelena Həsənova (Şuşa UGİM)

48 kq

1. Mələk Vəliyeva (Qədiroğlu İK)

2. İlknur Rəhimli (Sumqayıt şəhəri İOEUGİM)

3. Abhəyat Bayramlı (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

3. Türkan Əlizadə (Judo Club 2012)

57 kq

1. Yasəmən Əliyeva (Naxçıvan UGİM)

2. Nuray Qafarzadə (Şah Cüdo İdman Klubu)

3. Selcan Feyziyeva (Mərdəkan Cüdo Klub)

Oğlanlar

42 kq

1. Ömər Səlimli (Mingəçevir UGİM)

2. Miryusif Fəttayev (Sumqayıt şəhəri İOEUGİM)

3. Nicat Əliyev (Judo Club 2020 İK)

3. Hüseyn Səmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

50 kq

1. İzzət Musayev (Quba CİK)

2. Suleyman Qafarov (Zabrat İK)

3. Təhmasib Şamilzadə (Ordu İdman Klubu)

3. Mehdi Quliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

60 kq

1. Ramal Məmmədli (Rinat İK)

2. Muhammədəli Mustafa (Metallurq Gəncə)

3. Miran Həbiyev (Şuşa UGİM)

3. Süleyman Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

73 kq

1. Kərim Məmmədov (Ordu İdman Klubu)

2. İslam Səlimov (Sankaku İK)

3. Hüseyin Hüseynli (Mərdəkan Cüdo Klub)

3. Fərid Xəlilli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

+73 kq

1. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub)

2. Yelmar Quliyev (Zabrat İK)

3. Əli Allahverənli (Neftçi İK)

3. Ümid Əliyev (Neftçi Siyəzən)

Həmin kateqoriyadan