- Baxış sayı: 39
- 20 Dekabr 2024 16:32
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Azərbaycanda ilk dəfə İBA çempionlar gecəsi keçirilib. Allsport.az saytı xəbər verir ki, Milli gimnastika arenasında müxtəlif federasiya rəsmilərinin, xarici qonaqların və çoxsaylı azarkeşlərin izlədiyi tədbirdə rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb. 6 raundluq döyüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb.
Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionumuz Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü hesabına yazıb.
Azərbaycan boks federasiyasının 100 illiyi çərçivəsində baş tutan gecədə azarkeşlərə növbəti sevinci Məhəmmədrəsul Məcidov (+92 kq) yaşadıb. 3-qat dünya çempionumuz 6 raundun yekununda qazaxıstanlı Nursultan Amancolovdan güclü olub.
Komanda yoldaşlarının uğurunu Məhəmməd Abdullayev (+92 kq) də davam etdirib. Dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib – 8 raundluq qarşılaşmada 4-cü qələbəmizi rəsmiləşdirib.