“İdman paytaxt”ında sərgi və çıxışlar

5 mart – bədən tərbiyəsi və idman günü münasibətilə “İdman paytaxtı” Qazax şəhərində, Heydər Əliyev parkı ərazisində müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və sərgi təşkil olunub.

Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, 2025-ci ilin “İdman paytaxtı” olmuş Qəbələ rayonu icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idman qurumlarının nümayəndələri, rayon ictimaiyyəti, idmançılar iştirak ediblər.

Əvvəlcə “Qarabağ Azərbaycandır” abidəsi ziyarət olunub. Proqram çərçivəsində cüdo, güləş, ağırlıqqaldırma, şahmat, qol güləşi və digər idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub.

Tədbir zamanı ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edən kitablar sərgidə nümayiş etdirilib.

Həmin kateqoriyadan