LAYİHƏ
İdman saytları qəzetləri necə sıxışdırdı

Bu gün Av­ro­pa­da çox mü­za­ki­rə olu­nan dip­lo­ma­tik cə­rə­yan­lar­dan bi­ri­nin tə­məl fəl­sə­fə­sin­də məhz bir­ba­şa döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər de­yil, yar­dım­çı sek­tor­la­rın ro­lu önə çə­ki­lir. Klas­sik idea­liz­mə ya­xın olan trans­nas­sio­na­liz­min ba­ni­lə­ri Co­zef Nay və Ro­bert Koo­heyn bey­nəl­xalq əla­qə­lə­rin döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər sis­te­min­dən kə­na­ra çıx­dı­ğı­nı və fərd­lər, mü­əs­si­sə­lər, təş­ki­lat­lar, bir söz­lə, bü­tün qey­ri-hö­ku­mət qu­rum­la­rı­nın bir­gə fəa­liy­yə­ti­nin məh­su­lu ol­du­ğu­nu id­dia edir­lər. Son onil­lik­lə­rin kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı, ra­bi­tə və nəq­liy­yat sis­te­min­də­ki in­qi­la­bi də­yi­şik­lik­lə­ri bu mə­sə­lə­ni da­ha da ak­tu­al­laş­dı­rıb. Söz yox ki, bun­lar mü­şa­hi­də olun­ma­dı­ğı dövr­də olim­piz­min in­ki­şaf temp­lə­ri, çox şe­yi gös­tə­rir­di. Mil­lət­lə­ri, döv­lət­lə­ri bay­ra­ğı al­tı­na top­la­yıb on­la­rı ümum­bə­şə­ri mü­qəd­dəs ide­al­lar oca­ğın­da cəm­lə­yən olim­pi­ya hə­rə­ka­tı bu pro­se­si özün­də əya­ni əks et­di­rir­di. Çün­ki bu hə­rə­kat məhz bey­nəl­xalq əla­qə­lə­rin, qar­şı­lıq­lı mil­li-mə­də­ni mü­ba­di­lə­nin, bey­nəl­xalq fe­de­ra­si­ya­la­rın, trans­mil­li, trans­döv­lət təş­ki­lat­la­rın ya­ran­ma­sı ilə sü­rət yığ­dı. Ba­ron Pyer de Ku­ber­ten isə za­ma­nın­da fəl­sə­fi, pe­da­qo­ji əsas­lar­la bu ide­ya­la­rın va­hid ins­ti­tu­tu­nu iş­lə­yib ha­zır­la­dı. Uzun il­lər – so­vet­lər döv­rün­də cə­miy­yə­ti­miz bu tə­rəq­qi­dən bi­xə­bər ya­şa­sa, olim­piz­mi, sa­də­cə, olim­pi­ya oyun­la­rı­nın ke­çi­ril­mə­si va­si­tə­si say­sa da, müs­tə­qil­lik ye­ni hə­qi­qət­lə­ri aş­kar­la­dı. De­mək, id­man və onun bə­şə­ri mis­si­ya­sı­nın zir­və­si ki­mi olim­pizm gü­nü­mü­zün ən op­ti­mal in­ki­şaf ay­na­sı və ef­fekt­li tə­sir gü­cü­nə ma­lik va­si­tə­si­dir. Əl­də olu­nan nə­ti­cə­lər isə onun key­fiy­yət əm­sa­lı­nın gös­tə­ri­ci­si, bren­di­dir. Bü­tün bun­lar “gə­lə­cə­yə qo­yu­lan ka­pi­tal­dır”.

Bu tərəqqiyə idman saytlarını da əlavə etmək olar. Son 20 ilə qədər nəinki Azərbaycanda, dünyada dövri mətbuat hökmranlıq edirdi. Amma zamanla elektron portallar meydana gəldi. İlk vaxtlar bunların sayı az idi. Amma illər keçdikcə anlaşıldı ki, saytlar qəzetdən daha ucuz başa gəlir, üstəlik, burada məlumat çevikliyi var – yerində işləyib dərhal xəbəri yerləşdirirsən, istənilən dəqiqə səhv getmiş sözü və ya hərfi düzəltmək imkanın olur, oxucuya 24 saat bilgi vermək fürsəti. Başqa cür, küçəyə çıxıb köşkdən qəzet alınca, evdən internetə qoşulub məlumatları ordan oxu və sairə. Düzdür, təcrübə göstərir ki, qəzetçilik məktəbini keçənlər güclü yazarlar olur. Amma indi zamanın tələbi operativlik, vaxta və pula qənaət, eləcə də işin rahatlığıdır. İlk öncələr idman saytları az olduğundan, xəbər tapmaq çətin olurdu. Lakin tədricən bu sahədə inkişaf baş verdi. Əsas səbəb, 2004-cü ildə ölkə klub futbolunda baş verən intibah oldu: komandaların sayı artdı, rəqabət gərginləşdi, təbliğata ehtiyac yarandı və normal reklam bazarı yarandı. Bəzi klublar layihə şəklində mətbuata kütləvi yardım etməyə başladılar. «Xəzər Lənkəran», «Bakı», «Qarabağ» və «Neftçi» belələrindəndi. İndi yalnız adı 3-cü çəkilən komanda dəstəyini davam etdirir. İlk 2 komanda təəssüf dağıldı, bayraqdar artıq o imkanda deyil.

Maraqlıdır ki, ilk vaxtlar idman portalları rus dillində fəaliyyətə başladılar. Azerifootball.com adını Azərbaycanda 1-ci çıxan sayt kimi yazdırıb. Erkin İbrahimovun rəhbəri olduğu bu eletkron KİV 2000-ci ildə ictimailəşib. Bir qədər sonra, 2006-cı ildə azerisport.com fəaliyyətə başladı. Vüqar Zeynalovla Zəki Feyzullayevin birgə layihəsinə gənclər və idman naziri Azad Rəhimov şəxsən özü kömək etdi. 2007-ci ildə artıq ilk Azərbaycan dilində portal – apasport.az işıq üzü gördü. Yaxşı xatırlayıram, onda «İdman» və «Futbol+» qəzetlərində çalışırdım. İxtiyar Əsgərov adı son çəkilən nəşrin 2 aparıcı əməkdaşı Kənan Həsənov, Mehman apasport.az-ın heyətinə qatdı. Sonradan statistik Vüqar Xeyrullayev də bu sıraya qoşuldu. Futbol dirçəldikgə, idman saytları da artmağa və qəzetləri tam sıxışdırmağa başladılar. Burada çalışanlar əsasən elektron KİV-ə üz tutdular. Ən çox itki «Futbol+», «Futbol+qol» və «Çempion» nəşlərində oldu. Püxtələşmiş müxbirlər klub və federasiyalara mətbuat katibi getdilər; agentliklərə, eləcə də aparıcı idman portallarına dəvət aldılar – özlərinə yeni saytlar açdılar.

Son dövrdə premyer liqada klubların azalması və maliyyə durğunluğu idman mətbuatını iflic etməyə yaxın məqamda baş katib Elxan Məmmədovun təşəbbüsü ilə 2016-cı ilin əvvəlində AFFA yanında media komitəsi yarandı. Layihə alan üzv qəzet və portallar toparlanıb durumlarını tədricən yaxşılaşdırmağa başlayıblar.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan