VİDEO
Qurban Qurbanov mətbuat konfransına milli idman brendində çıxdı

“Qarabağ” konfrans liqasının “H” qrupunda evdə Kiprin “Omoniya” klubu ilə 2:2 etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransına baş məşqçimiz Qurban Qurbanov milli idman geyim brendi “İl’Azero”da çıxdı. Daim vətənpərvərliyi ilə diqqət çəkən 49 yaxşlı mütəxəssis, bu dəfə də ənənəsinə sadiq qalaraq, yerli məhsullara dəyər nümayiş etdirib.

İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. Onun ən uğurlu layihələrindən biri 2-ci Vətən müharibəsinə dəstək üçün özəl buraxılan və üzərində Qarabağ adı və adı çəkilən bölgəyə məxsus kəhər atlarının təsvirlərin yer aldığı geyimlər olub.

Öncədən bəyan etdiyi kimi, ölkəmizi layiqincə təmsil edən idmançılar, ictimai xadimləri, özəlliklə, 2-ci Vətən müharibəsi iştirakçılarına həsr edilən layihə sosial yönümlü olub, tam pulsuz çatdırılıb.

Həmin kateqoriyadan