“Səbail” premyer liqada yeni layihəyə start verib

Allsport.az saytı xəbər verir ki, cari mövsümdə klubun keçirdiyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunmaqdadır. Beləliklə, bu gün “ASCO arena”da “Səbail” – “Turan Tovuz” oyunu 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunacaq.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. 

Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyev Azərbaycan respublikasının prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Həmin kateqoriyadan