Daha 1 meydança istifadəyə verildi

Bu gün Azərbaycan futbol federasiyaları assosiasiyası, Yasamal rayon icra hakimiyyəti və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş daha bir yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib.

Allsport.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA icraiyyə komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranları Rüstəm Rəhimov və Vəli Qasımov, milli məclisin deputatı Elnur Allahverdiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Yasamal rayonun ərazisində bu il daha 2 süni örtüklü meydança sakinlərin ixtiyarına verilmişdi.

Həmin kateqoriyadan