- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, Avropa liqasının pley-ofunun ilk görüşündə Sloveniyada “Olimpiya” və “Qarabağ” klubları arasında matçın yayımlanmamasına “İdman” TV aydınlıq gətirib:
“Hörmətli futbol azarkeşləri, “Qarabağ” – “Olimpiya” komandalarının Avropa liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün “İdman” TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik.
“Qarabağ” futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” da məsuliyyət daşıyır.
Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcəkdir”.