- Baxış sayı: 133
- 08 May 2026 23:17
- Baxış sayı: 172
- May 08, 2026
- 0

Londonun “Milluoll” klubu ev oyunlarını keçirdiyi “Den” stadionu və ona bitişik ərazilərin istifadəsinə dair Luişem şəhər şurası ilə tarixi müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, tərəflər arasında 999 illik icarə müqaviləsi bağlanıb.
Müqavilə şərtlərinə əsasən, stadionun ətrafındakı ərazilərdə müasir yaşayış binalarının tikintisi və infrastrukturun yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, layihə çərçivəsində “Den” stadionunun azarkeş tutumunun mövcud 20 min nəfərdən 34 minə çatdırılması planlaşdırılır.
Hazırda İngiltərə çempionşipində mübarizə aparan “Milluoll” turnir cədvəlində 68 xalla 4-cü pillədə qərarlaşıb.