- Baxış sayı: 408
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Oktyabrın 24-də “İdman veteranları” ictimai birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
“İdman veteranları”nın sədri Zemfira Meftəhəddinova çıxış edərək, təşkilatın fəaliyyətinə dair 2024-cü ildən ötən dövr ərzində görülən işlər barədə hesabatı təqdim edib. Sonra federasiya rəhbərliyinə seçki keçirilib. Olimpiya çempiona yenidən etimad göstərilib.
Tamilla Bünyadova birinci vitse-prezident, Rafiq Hacıyev və Elşad Nərimanov vitse-prezidentlər, Tərlan Həsənov, Şamil Əbdülrəhmanov, Lüdmila Şubina, Əhməddin Rəcəbli və Nigar İbrahimova isə idarə heyətinin üzvləri seçiliblər.
Eyni zamanda, nizamnamənin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiya qəbul olunub.
Gənclər və idman nazirliyinin müşaviri Nurlanə Məmmədzadə çıxış edərək “İdman veteranları”nın ümumi yığıncağı, nizamnaməsi və onun yeni redaksiyası barədə təqdimatla çıxış edib.