- Baxış sayı: 413
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Sentyabrın 5-də Milli olimpiya komitəsinin inzibati binasında MOK-un İdmançılar komissiyasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev həyata keçirdiyi layihələr barədə məlumat verib.
Toplantıda komissiyanın yeni tərkibi müəyyənləşib. Sədr Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) keçib. O, İdmançılar komissiyasının sədr müavini kimi fəaliyyət göstərib. Titullu cüdoçumuz karyerasını başa vurduqdan bir müddət sonra məşqçiliyə balayıb və hazırda fəaliyyətini Ərəbistanda davam etdirir.
2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcəklər.
Səsvermədən sonra komissiyasının gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.