- Baxış sayı: 109
- 15 Mart 2026 11:30
- Baxış sayı: 258
- Mart 13, 2026
- 0

Martın 15-də cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının II turu başa çatıb.
Allsport.az xəbər verir ki, Abşeron olimpiya idman kompleksində keçirilən turnirin son günündə 118 cüdoçu mübarizəyə qoşulub. Qızlar 44 kq, 52 kq, 63 kq, +70 kq; oğlanlar isə 55 kq, 66 kq, 81 kq və +90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
II tura 67 klub və idman cəmiyyətindən 270 oğlan, 49 qız olmaqla 221 idmançı qatılıb.
“İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
44 kq
52 kq
63 kq
+70 kq
Oğlanlar
55 kq
66 kq
81 kq
+90 kq