“II Vətən müharibəsində qazandığımız qələbə hər şeyə dəyər”


Slovakiyada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, turnirdə gümüş medal qazanan Eldəniz Əzizli fikrini açıqlayıb:

“Komandamız yenidən Avropa çempionu oldu. Biz daha çox fərdi çempionluqlara öyrəşmişik. Şükürlər olsun, yenidən komanda hesabında çempion olmağı bacardıq. Bu, təkcə Azərbaycan güləşi üçün yox, ümumilikdə ölkə idmanı adına böyük uğurdur. Yarımfinalda Ermənistan güləşçisinə qalib gəldim. Ancaq xalçaya çıxanda rəqibimin milliyətinə önəm verməməyə və peşəkarlığımı qorumağa çalışıram. İstəmirəm ki, işimə psixoloji amillər qarışsın. Bəzən gənc idmançılarımız psixoloji təzyiqə görə performansını nümayiş etdirə bilmir. İdmanı siyasiləşdirmək lazım deyil. II Vətən müharibəsində qazandığımız qələbə hər şeyə dəyər. Finalda taktiki səhvə görə uduzdum. Bu il dünya çempionatı və İslam həmrəyliyi oyunları var. Ümid edirəm ki, yenidən xalqımızı sevindirərik. Mayın 6-da Vladiqafqazda yeni hazırlıq prosesinə start verəcəyik. Komanda yoldaşlarımın bir çoxu gənc olsalar da, kifayət qədər uğur qazana biliblər. Həsrət Cəfərov 3-cü Avropa çempionluğuyla Rafiq Hüseynova çatdı. İnanıram ki, o, bu nəticəsini qat-qat yaxşılaşdıracaq”.

Həmin kateqoriyadan

azenrutr