III MDB oyunlarında 5-ci günün gündəliyi

III MDB oyunlarının 5-ci günündə 7 idman növü üzrə yarış olacaq. Allsport.az saytı xəbər verir ki, Gəncə idman sarayında üzgüçülük davam edəcək. Burada həmçinin voleybol yarışlarında Azərbaycanın millisi Qırğızıstanla üz-üzə gələcək, Rusiya yığması isə Özbəkistanla qarşılaşacaq.

Şəki şəhər stadionunda çövkən yarışlarının növbəti matçları keçiriləcək. “A” qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılşacaq. “B” qrupunda isə Özbəkistan Türkiyə ilə münasibətlərə aydınlıq gətirəcək.

Bundan başqa, Qəbələ atıcılıq mərkəzində stend atıcılığı (skit) üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.

Qəbələ olimpiya idman kompleksində isə badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.

Yevlax olimpiya idman kompleksində boks üzrə yarışlarda 1/4 final görüşləri baş tutacaq.

Mingəçevir “Kür” olimpiya mərkəzində isə taekvondoda növbəti qaliblərin adları müəyyənləşəcək.

Həmin kateqoriyadan