- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

III MDB oyunlarının yeddinci günündə 8 idman növü üzrə yarışlar baş tutacaq.
Allsport.az xəbər verir ki, Gəncə idman sarayında üzgüçülük yarışlarında sonuncu medalçıların adlarına aydınlıq gələcək. Həmçinin bu gün burada qılıncoynatma yarışı start götürəcək.
Bundan başqa, idman arenasında voleybol üzrə oyunlar keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan Özbəkistanla, Belarus isə Qırğızıstanla qarşılaşacaq.
Şəkidə şəhər stadionunda çövkən üzrə yarışlar davam edəcək. Qırğızıstan millisi Küveytlə, Qazaxıstan isə Türkiyə ilə üz-üzə gələcək.
Yevlax OİK-də boks yarışlarının yarımfinal qarşılaşmaları baş tutacaq.
Qəbələ OİK-də badminton üzrə qarışıq komanda növündə final görüşündə Özbəkistan Rusiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Batut gimnastları Şəki OİK-dətəsnifat və finallarda özlərini sınayacaqlar.
Xankəndi şəhər stadionunda isə kamandan oxatma yarışlarına start veriləcək.