- Baxış sayı: 409
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Azərbaycanın 7 şəhərində III MDB oyunlarına yekun vurulub. Allsport.az xəbər verir ki, artıq günün bütün medal dəstləri sahiblərini tapıb.
Rusiya 231 (130-61-40) medal qazanaraq III MDB oyunlarını birinci sırada tamamlayıb.
Hesabında 184 (33 qızıl, 56 gümüş və 95 bürünc) medal olan Azərbaycan ev sahibi olduğu III MDB oyunlarını ikinci sırada bitirib. Belarus isə 122 (32-38-52) medalla üçüncü olub.
Ümumilikdə, III MDB oyunlarında 13 ölkənin atletləri iştirak edib. 10 ölkənin idmançıları medal qazanıb.