- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, Türkiyənin prefessional futbol intizam şurası “Qalatasaray”ın futbolçusu Mauro İkardi və “Başağşəhər”in baş məşqçisi Əmrə Bələzoğlunu cəzalandırıb.
30 yaşlı hücumçu ölkə kubokunun 1/4 finalında “Başağşəhər”lə oyundan sonra sosial şəbəkə hesabında açıqlamalar yayıb. Bu, professional futbol intizam şurası tərəfindən idman qaydalarına zidd hərəkət kimi qəbul olunub. Ona görə İkardi 150 min lirə cərimələnib.
Əmrə də görüşün baş hakimi haqqında təhqiramiz ifadələr işlətdiyi üçün 4 oyunluq cəzalandırılıb. O, həm də 35 min lirə məbləğində cərimələnib.