- Baxış sayı: 49
- 07 Dekabr 2025 12:14
- Baxış sayı: 64
- Dekabr 08, 2025
- 0

Dubayda kişi boksçular arasında dünya çempionatında 1/16 final mərhələsinin döyüşləri başa çatıb.
Allsport.az xəbər verir ki, mundialın beşinci günündə rinqə çıxan Azərbaycan yığmasının 2 idmançısı adını növbəti mərhələyə yazdırıb.
Maqsud Xasmetov (63,5 kq) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb. Boksçumuz rəqibinə üçüncü raundda nokautla qalib gəlib. Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü yoxlayacaq.
Sərxan Əliyev (71 kq) isə Bonifatsiy Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək.
Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.