- Baxış sayı: 279
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı sona yaxınlaşır.
Allsport.az xəbər verir ki, yarışın yeddinci günündə son 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Tural Əhmədov (63 kq) hindistanlı Qaurav Qaurava ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib. Amma 1/4 finalda eyni qaydada qazaxıstanlı Dəmir İbraşova (1:1) məğlub olub.
Davud Məmmədov (77 kq) təsnifat mərhələsində ermənistanlı Samvel Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
Orxan Hacıyev (87 kq) moldovalı Kristian Rusuya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda rusiyalı Əbdurəhman Əbdulqədirova “tuş”la uduzub.
Məzaim Mərdanov (130 kq) polşalı Mateuş Biençakla (tuş) ermənistanlı David Baqramyanı (8:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq 1/4 finalda türkiyəli Camall Bəkirə 3:4 hesabıyla məğlub oldu.
Orxan və Məzaim bu gün təsəlliverici görüşə çıxacaqlar.