- Baxış sayı: 20
- 22 Dekabr 2024 17:41
- Baxış sayı: 158
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının XVIII turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Berdıyev mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, matç haqda bunu deyib:
“İki fərqli hissə oldu. Birinci hissədə futbolçular bir qədər həyəcanlandılar. Lazım olan aqressiyanı göstərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oyun oldu. İkinci hissəni götürsək oyundan razı qaldıq. Hər kəs aktiv və yaxşı oynadığına görə dəyişiklik etmədim. Zədəsi olmasına baxmayaraq sonda Milleri oyuna buraxdım. Onunla danışmışdıq ki, ehtiyac olarsa sonlarda meydana çıxa bilər”.