- Baxış sayı: 42
- 20 Mart 2026 22:25
- Baxış sayı: 151
- Mart 19, 2026
- 0
Müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki futbolçumuz İspaniya klubuna transfer olunub. Allsport.az xəbər verir ki, U-19-un üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadze İspaniyanın “Deportivo Kanillas” klubuna keçib.
Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən də hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.