2 güləşçimiz finalda və 2-si üçün bürünc fürsəti

Bu gün güləş üzrə Avropa çempionatı start götürüb. Allsport.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək. Azərbaycan millisinin 5 güləşçisi də bugünkü görüşlərdə qüvvəsini sınayıb. İki idmançımız finala vəsiqə qazanıb, iki təmsilçimiz isə bürünc uğrunda mübarizə aparacaq.

55 kq
Rəşad Məmmədov yarışa 1/4 finaldan başlayıb. O, ilk rəqibi Denis Mihayı (Rumıniya) bir xal üstünlüklə məğlub edib (4:3). Yarımfinalda gürcü həmkarı Nuqzari Tsurtsumiyanı (5:1) mübarizədən kənarlaşdıran Rəşad finalda moldovalı Artyom Deleanu ilə üz-üzə gələcək.

63 kq
Murad Məmmədov mübarizəyə 1/8 finaldan qoşulub. O, əvvəlcə Brian Santyaqo (Danimarka), sonra Aleksandrs Yurkansa qalib gəlib. Murad yarımfinalda Ənvər Allahyarovu (AİN) son xala görə məğlub edib (3:3). Məmmədov həlledici görüşdə Olkesandr Hruşinlə üzləşəcək.

77 kq
1/8 finaldan mübarizəyə başlayan Sənan Süleymanovun ilk rəqibi İdris İbayevə (Almaniya) (10:0) qalib gəlsə də, növbəti görüşdə xorvatiyalı həmkarı Antonio Kamenyaseviçə 1:3 hesabı ilə uduzub.

87 kq
İslam Abbasov 1/8 finalda Şimon Şimonoviçi (Polşa) 2:1, 1/4 finalda isə Açiko Bolkvadzeni (Gürcüstan) 6:3 hesabı ilə məğlub edib. O, yarımfinalda serbiyalı Aleksandr Komarovla qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

130 kq
Beka Kandelaki də yarışa 1/8 finaldan qoşulub. Konsta Maenpaeaenu (Finlandiya) 8:6 hesbaı ilə məğlub edib. 1/4 finalda çətinlik çəkmədən Dariuş Viteki (Macarıstan) mübarizədən kənarlaşdırıb – 9:0. O, yarımfinalda türkiyəli Rza Qayaalpa uduzub. Hesab 2:2 bitsə də, türkiyəli idmançı sonuncu xal hesabına qalib sayılıb.

Həmin kateqoriyadan