- Baxış sayı: 117
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin finalçıları məlum olub.
Allsport.az xəbər verir ki, ikinci yarımfinal matçında OKMK və “Bakı” (Azərbaycan) komandaları qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşdə daha inamlı oyun göstərən Özbəkistan təmsilçisi 30:20 hesabı ilə qələbə qazanıb.
Beləliklə, beynəlxalq turnirin finalında Qazaxıstan millisi ilə OKMK komandaları üz-üzə gələcəklər. Yarışın qalibi sabah keçiriləcək final oyununda müəyyənləşəcək.