- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İtaliyanın paytaxtında U-20 Avropa çempionatında çıxışını başa vuran gənc yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 2 qızıl, 1 gümüş və 2 bürünc medalla 102 xal toplayan və xallara görə öz rekordunu yeniləyən komandanı Heydər Əliyev beynəlxalq aeroportunda AGF-in rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb. Seçmənin böyük məşqçisi Nurəddin Rəcəbov nəticəni belə dəyərləndirib:
“Komandanın çıxışı pis alınmadı. Fürsətdən istifadə edib federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu, həmin diqqət və qayğının nəticəsidir. Son illərdə ən yaxşı nəticəmizə imza atdıq. İldən-ilə medalların sayı artır, əyarı yüksəlir. Bu da göstərir ki, perspektivli gənclərimiz yetişir.
Avqustda dünya çempionatı keçiriləcək. Bu yarış üçün bəzi çəkilərdə dəyişiklik etməyi planlaşdırırıq. Çünki bəzi güləşçilərin çıxışı bizi qane etmədi. Komanda hesabında Avropa çempionu ola bilərdik. İnanıram ki, dünya çempionatında həm medalların sayına, həm də əyarına daha yaxşı nəticə göstərəcəyik. Bir həftəlik istirahətdən sonra təlim-məşq toplanışına başlayacağıq”.