“İldən-ilə nəticəmiz daha da yaxşılaşacaq”

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında 3 medal qazanan qızlardan ibarət millimiz Vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, 1 gümüş, 2 bürünc medal əldə edən və 82 xalla komanda hesabında 5-ci yeri tutan yığma həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də yekun sıralamadakı mövqeyinə görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Yığmanın böyük məşqçisi Həsrət Məmmədyarov turnirlə bağlı danışıb:

“Bu nəticəni qənaətbəxş qiymətləndirirəm. İnşallah, təlim-məşq toplantılarımız davam etdikcə bundan da artıq nəticələr verə bilərik. Bu yarışa hazırlıq prosesində bizə yaradılan şəraitə görə federasiyamıza təşəkkürümü bildirirəm. Bundan da çox medal qazana bilərdik. Amma nəzərə alaq ki, heyətin əksər üzvü ilk dəfə böyük yarışda çıxış edirdi. Ölkə çempionatından sonra yeni qızlar komandaya cəlb edilib. Fikrimcə, ildən-ilə nəticəmiz daha da yaxşılaşacaq”.

Həmin kateqoriyadan