- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Ölkə başçısı İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib. Allsport.az saytı xəbər verir ki, qonaq rəhbərlik etdiyi qurumun konqresinin Azərbaycanda keçirilməsinin önəmini qeyd edərək, bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirib.
Xose Perurena Lopez yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. O, ümumiyyətlə, ölkəmizdə beynəlxalq tədbirlərin, o cümlədən formula-1 yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini deyib.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu bildirib. Dövlətimizin başçısı bu il Rio Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd edib və bildirib ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq. Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub.