- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Ölkə başçısı İlham Əliyev bu gün Dünya Güləş Birliyinin prezidentini Nenad Laloviçi qəbul edib. Allsport.az saytı xəbər verir ki, serbiyalı qonaq onu prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib. Nenad Laloviç Bakıda Formula1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini deyib. O, məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.
Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini qeyd edən Nenad Laloviç, 2015-ci ildə 1-ci Avropa oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini söyləyib. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan qonaq ABŞ-da sərbəst güləş üzrə dünya kubokunda Azərbaycan komandasının 2-ci yer tutmasının önəmini qeyd edib.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını bildirib, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını xatırladıb.
Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl orden”i dövlətimizin başçısına təqdim edib. Dövlətimizin başçısı mükafata görə minnətdarlığını bildirib.