- Baxış sayı: 88
- 10 Mart 2025 14:59
- Baxış sayı: 41
- Aprel 11, 2025
- 0
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən 1-ci Avropa çempionatında poloçularımız qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev qalib komandanı qəbul edib. Dövlətimizin başçısı görüşdə çıxış edib.
Komandanın üzvü Elçin Camallı və ARAF prezidenti Elçin Quliyev görüşdə çıxış edərək, ölkəmizdə idmana, atçılığın və onun polo növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə İlham Əliyevə təşəkkür ediblər.
Sonra Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olunub.
Dövlətimizin başçısı əldə edilmiş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd edib. Polo üzrə milli komandamızın məşqçisi Silvester Qarros çıxış edərək ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq, Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda qazandığı nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışıb.