- Baxış sayı: 38
- 04 Aprel 2025 17:53
- Baxış sayı: 46
- Aprel 04, 2025
- 0
İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin 5-ci hesabat seçki yığıncağında quruma növbəti 4 il müddətinə prezident, Natiq Qasımov 1-ci vitse-prezident, 2-qat paralimpiya çempionu İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov baş katib seçiliblər.
Allsport.az saytı xəbər verir ki, tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib. Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq 16-cı tay paralimpiya oyunlarına hazırlıqla əlaqədar “2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı” müzakirə olunub.
Tədbirdə komitəyə baş katib, ARMPK-nın icraiyyə komitəsinin və nəzarət təftiş komissiyasının üzvləri seçilib.