- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dünən Bakı Biznes Mərkəzində AGF ilin yekunlarına həsr olunmuş tədbir keçirdi. Allsport.az saytı xəbər verir ki, ayrı-ayrı nominasiyalarda fərqlənən güləş adamları mükafatlandırıldılar. Seçilənlər arasında “İlin ən yaxşı hakimi” beynəlxalq dərəcəli referi Asif Şirəliyev oldu. Gənc ədalət təmsilçisi sevincini toplantı iştirakçıları ilə belə bölüşdü:
«Bu il mənim üçün çox uğurlu keçdi. 2 dünya kubokunda, bir neçə nüfuzlu beynəlxalq turnirdə və nəhayət, ABŞ-ın Las Veqas şəhərində təşkil olunan dunya çempionatında hakimlik etdim. Düzgün işimə görə Dünya Güləş Birliyi tərəfindən dərəcəm daha yüksəldi. Arzum budur ki, olimpiya oyunlarının birində ölkəmizi təmsil edim».