- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 176
- Fevral 06, 2026
- 0
“Neftçi”nin ilk prezidenti Aydın İbrahimov koronavirusa yoluxub. Allsport.az saytı xəbər verir ki, bunu 83 yaşlı idman veteranının nəvəsi Nərminə Məmmədova açıqlayıb.
SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi böyük əziyyətdən sonra, 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, onunla maraqlanan yoxdur.
Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu, olimpiya oyunlarının bürünc mükafatçısının vəziyyəti ağırdır.
O, 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.