- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Cənubi Afrika respublikası (CAR) 2036 və ya 2040-cı il yay olimpiya oyunlarına ev sahibliyi üçün müraciət edəcək.
Allsport.az xəbər verir ki, bu barədə CAR prezidentinin ofisində nazir vəzifəsini icra edən Kumbudzo Ntyaveni məlumat verib.
Nazir AFP agentliyinə açıqlamasında ölkəsinin olimpiadaya hazır olduğunu vurğulayıb: “Əgər bizə sabah olimpiya oyunlarını keçirmək təklif olunsa belə, nazirlər kabineti əmindir ki, biz mövcud obyektlərdə oyunları qəbul edə bilərik.”
2036 və ya 2040-cı il olimpiya oyunlarına ev sahibliyi etmək niyyətini bildirən ölkələr arasında Hindistan, İndoneziya, Polşa və Türkiyə də var. Misirlə Almaniya da namizədliyini irəli sürmə ehtimalını istisna etməyiblər.