- Baxış sayı: 39
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

5-7 sentyabrda Danimarkanın paytaxtı Kopenhagendə qadınlardan ibarət millimizində iştirak etdiyi 3×3 basketbol üzrə Avropa kubokunun oyunları keçirilir.
Allsport.az xəbər verir ki, turnirin qrup mərhələsində millimiz ilk oyunda Fransa üzərində 21:16, ikinci oyunda isə Ukrayna seçməsinə 21:14 hesabları ilə qalib gələrək, qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Yığma 1/4 finalda Polşanı 16:13 hesabı ilə məğlub etdikdən sonra, yarımfinalda son Avropa çempionu İspaniya üzərində 21:17 hesablı qələbə qazanaraq 3×3 basketbol tariximizdə ilk dəfə olaraq finala vəsiqəni təmin edib.
Həlledici görüşdə millimiz son dünya çempionu Niderland yığması ilə qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.