İlk dəfə Gəncədə

Martın 3-dən 6-dək sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə birinciliyi keçiriləcək.

Allsport.az xəbər verir ki, bu yarış ilk dəfə Gəncədə təşkil ediləcək. Gəncə idman sarayı ilk dəfə bir güləş yarışına ev sahibliyi edəcək.

Birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Onların arasında Türkiyə və Gürcüstandan dəvət edilmiş hakimlər də yer alacaq.

Turnirin ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.

Ölkə birinciliyinin proqramı belədir:

3 mart

Sərbəst güləş: 38 kq, 44 kq, 52 kq, 62 kq, 75 kq.

4 mart

Sərbəst güləş: 41 kq, 48 kq, 57 kq, 68 kq, 85 kq.

5 mart

Yunan-Roma güləşi: 38 kq, 44 kq, 52 kq, 62 kq, 75 kq.

6 mart

Yunan-Roma güləşi: 41 kq, 48 kq, 57 kq, 68 kq, 85 kq.

Həmin kateqoriyadan