İlk dəfə “Oksi kəməri”

Gəncə olimpiya idman kompleksində ilk dəfə sərbəst güləş üzrə 15 yaş qrupunda “Oksi kəməri” turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, “Oksi qrup” və Azərbaycan güləş federasiyasının ortaq təşkilatçılı iləa baş tutan yarışda ev sahibləri ilə yanaşı, Qazaxıstan və Rusiyanın yeniyetmə güləşçiləri mübarizə aparıb.

250-yə yaxın iştirakçının yer aldığı turnirdə Saleh Mehrəliyev (38 kq), Kənan Əsədli (41 kq), Əbülfət Muxtarov (44 kq), Əli Novruzov (48 kq), Elgün Qurbanzadə (52 kq), Tunar Sultanzadə (57 kq), Yusif Hüseynov (62 kq), Mutalim Mutallimov (68 kq), Xəyal Şükürov (75 kq) və Elvin Necəfzadə (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmin kateqoriyadan