İlk dəfə U-15 Azərbaycan çempionatı

Güləş federasiyası bu idman növünün daha da inkişaf etdirilməsi üçün fəaliyyətini genişləndirir. Allsport.az saytı xəbər verir ki, AGF-in fəaliyyət istiqamətlərindən biri də uşaq idmanının inkişafı və kütləviliyin artmasıdır. Bu məqsədlə ilk dəfə U-15 Azərbaycan çempionatı keçiriləcək.

Ölkənin bütün bölgələrindən azyaşlı yeniyetmələrin cəlb olunduğu bu yarış əvvəlcə 5 zona üzrə keçirilir. Bakı (16-19 may), Lənkəran (16-17 may), Göyçay (18-19 may), Şəmkir-Gəncə (20-21 may) və Şamaxıda (22-23 may) ətraf şəhər və rayonların idmançılarının iştirakıyla zona yarışları təşkil olunur.

Bu yarışlar iyunun 7-dən 10-dək Şağan Olimpiya İdman Kompleksində baş tutacaq sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

4 gün davam edəcək çempionatın nəticələrinə əsasən, azyaşlı yeniyetmələrdən ibarət yığma komandalarımızın heyəti formalaşacaq. Daha sonra milli komandalarımız Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçəcək.

U-15 Avropa çempionatı iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

Həmin kateqoriyadan