İlk görüşdə məğlub oldular

Azərbaycanın qadın güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

Allsport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova ilk görüşdə ilk Yunq Linə (Çin Taypeyi), Elnurə Məmmədova (55 kq) isə Eda Tekinə (Türkiyə) məğlub olub.

Azərbaycan təmsilçilərinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar.

Yarışın növbəti günündə isə Tatyana Varansova (53 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan