- Baxış sayı: 78
- 25 Fevral 2026 17:48
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Bu gün Şəki şəhər stadionunda III MDB oyunları çərçivəsində çövkən üzrə yarışlarına start verilib.
Allsport.az xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan yığması Qırğızıstanı 4:0 hesabı ilə məğlub edib.
Çövkən üzrə turnirdə 6 komanda iştirak edir. “A” qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, “B” qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.
Azərbaycan növbəti oyununu sentyabrın 30-da Küveytə qarşı keçirəcək.