- Baxış sayı: 22
- 16 Yanvar 2026 21:40
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Ölkəmizi çempionlar liqasında təmsil edən kişi voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün turnirdə ilk oyununa çıxıb. Allsport.az xəbər verir ki, ilkin mərhələdə komandamızın rəqibi Serbiyanın “Radniçki” klubu olub.
FHN-nin idman zalında baş tutan qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun MVP-si “Radniçki” klubunun 13 nömrəli oyunçusu Qayoviç Vladimir seçilib.
Cütün cavab görüşü oktyabrın 29-da Serbiyada keçiriləcək.
Çempionlar liqası
İlkin mərhələ (I oyun)
23 oktyabr
“Azərreyl” – “Radniçki” 0:3 (21:25, 18:25, 22:25)