İlk qaliblər bilindi

“My Group” Holdingin baş sponsurluğu və “AzerGold” şirkətinin fəxri sponsorluğu ilə yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatında mübarizə davam edir.

Allsport.az xəbər verir ki, Gəncə idman sarayında təşkil olunan yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

55 kq

  1. Emin Cavadlı (AHİTA) 
  2. Nicat İsgəndərli (Sumqayıt, “Neftçi”)
  3. Elnar Ziyadov (Neftçi), Xalid Ələsgərov (Sumqayıt, “Neftçi”)

63 kq

  1. Tural Əhmədov (AHİTA)
  2. Əmrah Əmrahov (Masallı)
  3. Nihat Tağıyev (Göyçay), Mehdi Əsgərli (Göyçay) 

72 kq

  1. Kamran Rəcəbli (Neftçi) 
  2. Yusif Əhmədli (DİN, Sabirabad)
  3. Səid Nəsirov (Abşeron OİK), Səyyad Nağızadə (DİN, Sabirabad) 

82 kq

  1. Nicat Yeylaqaliyev (Abşeron, DİN)
  2. Zaur Hüseynli (AHİTA) 
  3. Nurlan İbadzadə (DİN), Emil Həziyev (Sumqayıt-Təhsil)

97 kq

  1. Mahir Qurbanlı (Neftçi)
  2. Rihad İbrahimli (Sumqayıt, “Neftçi”)
  3. Fuad Hüseynli (AHİTA), İbrahim Məcidov (Göyçay)

Həmin kateqoriyadan