İlk rəqiblər bəllidir

Martın 19-da Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Dünya cüdo turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.

Bu gün start götürəcək “Böyük dəbilqə”nin təsnifat mərhələsi saat 10:00-dan etibarən “Judo TV”də, final bloku isə saat 17:00-dan “CBC Sport” telekanalında canlı yayımlanacaq. Yarış martın 22-də başa çatacaq.

Kişilər

66 kq, 1/32 final

Turan Bayramov – Kilian Noel (Fransa)

66 kq, 1/16 final

Rəşad Yelkiyev – Yoxem van Harten (Niderland)

73 kq, 1/32 final

Kamran Süleymanov – Rey Marinks (Belçika)

73 kq, 1/16 final

Hidayət Heydərov – Zəlimxan Batçayev (Belçika)

+100 kq, 1/8 final

Camal Həmzətxanov – Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi ilə

Kənan Nəsibov – Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi ilə

Qadınlar

48 kq, 1/16 final

Könül Əliyeva – Mişel Altanşaqay (Monqolustan)

52 kq, 1/8 final

Leyla Əliyeva – Gefen Primo (İsrail)

70 kq, 1/16 final

Südabə Ağayeva – Nino Qulbani (Gürcüstan)

Aytac Qardaşxanlı – Şirincan Yoldaşova (Özbəkistan)

+78 kq, 1/8 final

Mədinə Kaisinova – Erika Simonetti (İtaliya)

Həmin kateqoriyadan