- Baxış sayı: 15
- 16 Yanvar 2026 17:06
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə bu gün qrup mərhələsinə yekun vurulur.
Allsport.az xəbər verir ki, “A” qrupunun son turunda OKMK (Özbəkistan) və “Kür” (Azərbaycan) komandaları qarşılaşıblar. Daha inamlı oyun numayiş etdirən Özbəkistan təmsilçisi matçı 31:25 hesablı qələbə ilə başa vurub. Bu nəticəyə əsasən OKMK qrup lideri, “Kür” isə ikinci pillənin sahibi kimi yarımfinala yüksəlib.