- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün “Qarabağ” klubu “Drimlənd” qolf klubunda 9-cu ölkə çempionluğunu qeyd etdi. Allsport.az saytı xəbər verir ki, Ağdam komandasının prezidenti Tahir Gözəl tədbirin gedişində KİV-ə müsahibə verdi. O bu uğurun digərlərindən fərqləndiyibi söylədi:
“Mənim üçün ən sevindirici hadisə odur ki, “Qarabağ”ın torpaqlar azad olunduqdan sonra ilk çempionluğu yaşadıq, Müstəqil Ağdamın təmsilçisi kimi ilk kubokumuzu qazandıq. 2021-ci ildən bu fikirləri səsləndirirdik ki, xəyalımız Qarabağa getmək, qələbəmizi öz vətənimizdə qeyd etməkdir. Artıq buna nail olduq.
Təbii ki, bu, cənab prezidentin, xalqımızın sayəsində gerçəkləşən möcüzədir. Hələ də inanmaqda çətinlik çəkirəm. Şükürlər olsun ki, bunu bacardıq. Ona görə də mənim üçün heç vaxt unudulmayacaq qalibiyyətdir. “Qarabağ” tarixində bir çox ilklərə nail olmuş komandadır. İnanıram ki, bu sabitlik və təcrübə ilə yenə də çempionlar liqasında qrupa düşərik”.