“İnanıram ki, maksimum nəticə qazanacağıq”

“FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis bunu deyib: “Millətlər liqasına qədər ümumilikdə iki toplanışımız olacaq. Hazır olmaq üçün bu toplanışlardan maksimum istifadə etməyə çalışacağıq. Əsas məqsədimiz millətlər liqasında “C” liqasına yüksəlməkdir. Buna hazır olmaq üçün də qarşıdakı oyunlar vacibdir. Sevindirici haldır ki, milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Qarşıdakı iki matçda hər kəsə fürsət verməyə çalışacağıq. Futbolçuların bir-birilərinə uyğunlaşmaları çox vacibdir. Çünki çox vaxtımız olmayacaq. Rəqiblər bizim üçün yad komandalar olsa da, futbolçuları məlumatlandırmağa çalışdıq. İnanıram ki, hər iki oyunda maksimum nəticə qazanacağıq. Komanda bunun üçün əlindən gələni edəcək”.

Həmin kateqoriyadan