İngiltərə futbolunun əfsanəsi vəfat edib

İngiltərənin və “Everton”un əfsanəvi müdafiəçisi Tommi Rayt 81 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, bütün karyerasını “Everton”a həsr edən Rayt klubun heyətində 374 rəsmi oyuna çıxıb, İngiltərə çempionu və kubokunun qalibi olub. 2016-cı ildə o, rəsmən “Everton nəhəngi” statusuna layiq görülüb.

İngiltərə millisinin heyətində 12 matçda köynək geyinən Rayt 1968-ci il Avropa çempionatının bürünc mükafatçısı və 1970-ci il dünya çempionatının iştirakçısı olub.

Həmin kateqoriyadan