“İnşallah, dünya çempionatında da ölkəmizi layiqincə təmsil edib, vətənimizə qızıl medal gətirərəm”

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatında Vasif Bağırov (57 kq) qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçimiz hava limanında sevincini KİV ilə bölüşdü:

“Güclü yarış keçdi. Şükürlər olsun ki, zəhmətim yerdə qalmadı. Şəxsi məşqçim Rauf Xəlilova və milli komandanın məşqçilərinə təşəkkürümü bildirirəm. İnşallah, dünya çempionatında da ölkəmizi layiqincə təmsil edib, vətənimizə qızıl medal gətirərəm”.

Həmin kateqoriyadan