“İnter” “Qarabağ”la sülhə razılaşdı

Bu gün Topaz Premyer Liqasında 27-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

Üçüncü dövrənin son qarşılaşması lider “Qarabağ”la əsas izləyici “İnter” arasında keçirilib. Turun mərkəzi oyununda kimin qalib gələcəyi böyük maraqla gözlənilirdi. Lakin komandalar bu görüşdə fərqlənə bilməyiblər. Bu üzdən də turun mərkəzi oyunu sülhlə başa çatıb.

Topaz Premyer Liqası
27-ci tur
2 aprel (cümə axşamı)

“Qarabağ” – “İnter” – 0:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ömər Paşayev.
Bakı. “Bakcell Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
“İnter”: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 23. Voyislav Stankoviç, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 12. Junior Nildo, 15. Yohan Bokonyano, 22. Əfran İsmayılov, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Turun digər oyunları: “Xəzər Lənkəran” – “Sumqayıt” 3:2, “Neftçi” – “Bakı” 2:0, “Simurq” – AZAL 1:0.

Bombardirlər:
12 – Draqan Çeran (“Simurq”).
11 – Nurlan Novruzov (“Bakı”).

Həmin kateqoriyadan